Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı
Sentyabrın 11-də Küçükçekmece Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində “Can Holding” və onun tərkibindəki şirkətlərə qarşı əməliyyat keçirilib.
Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Can Holding” əməliyyatının ikinci dalğası bu gün səhər saatlarında həyata keçirilib və 35 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılanlar arasında Binsat Holdinq İdarə Heyətinin Sədrləri və Can Holdinq sahiblərinin həyat yoldaşları da var. Bunlardan ən diqqət çəkənlərdən biri də Bilgi Universitetinin keçmiş rektoru Prof. Dr. Remzi Sanverdir.
Sanver 2023-cü ildən bu yana Türkiyənin ən böyük mason lojası olan Azad və Qəbul Edilmiş Masonların Böyük Lojasının böyük ustadı və bir nömrəli adamıdır. /unikal