Türkiyə MMN-dən “TurAz Şahini” paylaşımı – FOTO

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Yenicag.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar paylaşıb.

Nazirliyin rəsmi sosial media hesabında paylaşılan fotoların üstünə, “TURAZ Şahini – 2021″ təlimi Türkiyənin ev sahibliyində, Azərbaycan Hava Qüvvələri ünsürlərinin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandirliyində davam edir”, – şərhi qeyd edilib.

Həmin fotoları təqdim edirik: