Oljas Süleymenov: “Heydər Əliyev dövründə yetişmiş nəsillər onun verdiyi ruhu və enerjini daşıyır” - VİDEO
“Heydər Əliyev və onun gəncliyi – bu əbədi mövzudur. Bu gün də Heydər Əliyev dövründə yetişmiş nəsillər onun verdiyi ruhu və enerjini daşıyır”.
Yenicag.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcması birgə təşkilatçılığı ilə Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu”nda videoçıxış edən UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenov deyib.
Heydər Əliyevin Azərbaycan və ümumilikdə bütün dünya üçün əhəmiyyətindən bəhs edən O. Süleymenov ondan öyrəniləcək çox şey olduğunu da vurğulayıb:
“Onun öyrətdiyi əsas qayda Vətən və xalq naminə çalışmağı öyrənmək idi. Bu dərslər, şübhəsiz ki, davam edəcək, təkrarlanacaq və əsrlər boyu yaşamaqda olacaq. Çünki bu, belə də olmalıdır. Məhz bu səbəbdən Azərbaycan bu gün təkcə Qafqaz regionunda deyil, həm də Orta və Mərkəzi Asiyada çox nüfuzlu mövqe tutur. Arzum budur ki, bu mövzu heç vaxt sönməsin, davam etsin, İlham Əliyev və Vətənin rifahı üçün çalışan hər kəs tərəfindən daim yaşadılsın və dəstəklənsin”.
Rafi Müslümov