Türkiyə ordusu strateji əhəmiyyətli Burseya dağını ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağını ağır hərbi toqquşmalardan sonra terrorçulardan tamamilə təmizləyib.

Yenicag.az xəbər verir ki, Türkiyə ordusu müxalif “Azad Suriya Ordusu” (ASO) ilə birgə bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb. Artıq sözügedən dağda türk əsgərlərinin postları qurulub.