Türkiyə PUA-ları “Vaqner”in əlinə keçdi

media-hightechnic-468x90

Malidə “Vaqner”in nəzarəti altında olan hərbi bazada 3 ədəd “Bayraqdar” PUA-sı görüntülənib.

Yenicag.az xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Nəşr avqustun 30-da Mopti şəhəri yaxınlığındakı Sevara aeroportunda yerləşən hərbi bazanın helikopterdən çəkilən görüntüləri dərc edib. Bildirilib ki, bazada ən azı 3 ədəd “Bayraqdar” PUA-sı var.

Nəşrin “Vaqner”dəki mənbəsi bildirib ki, Sevaradakı hərbi baza yaxın günlərdə Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Çox güman ki, bu, Yevgeni Priqojinin ölümündən sonra baş verib”, – nəşr bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında Mali hökuməti Türkiyədən 2 ədəd “Bayraqdar” PUA-sı aldığını açıqlamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600