Türkiyə Rusiyaya Ukrayna ilə danışıqlarda yenidən ev sahibliyi təklif edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə XİN rəhbəri Ukraynadakı müharibənin sona çatdırılması üçün danışıqlara qayıdılmasının vacibliyini vurğulayıb və Türkiyənin yeni danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu bir daha bildirib./Report













