Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə seçkilərinin ilkin nəticəsi: Ərdoğan nə qədər səs yığıb? - YENİLƏNİR

Türkiyədə bu gün keçirilimiş növbədənkənar prezident və parlament seçkilərində səslərin hesablanması davam edir.

Yenicag.az xəbər verir ki, ilkin hesablamalara görə, seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 54,58 faiz səs toplayıb.

Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) məlumat yayıb. YSK bildirib ki, hazırda səslərin 78,11%-i hesablanıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə – 29,71% səs, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7.48%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş – 7,12%, “Səadət” partiyasının (SP) namizədi – Temel Karamollaoğlu 0,91% və “Vətən” partiyasının namizədi – Doğu Perinçek 0,20% səs toplayıblar.

Məlumatda həmçinin qeyd olunur ki, parlament seçkilərində “Milli Birlik” (Cumhur İttifakı) adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 56% səslə liderlik edir.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident və parlament seçkiləri yerli vaxtla saat 17:00-da başa çatıb.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

www.yenicag.az

2645
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100