Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirildi

media-hightechnic-468x90

Türkiyədəki bütün sərhəd bölmələri bölgədəki vəziyyətlə əlaqədar olaraq yüksək hazırlıq vəziyyətindədir və hadisələri real vaxt rejimində izləyirlər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi nazirlikdə keçirilən təhlükəsizlik iclasında bildirib.

Qeyd olunub ki, sərhəd təhlükəsizliyi üzrə görüşdə bölgədəki inkişaflar və onların qlobal təsirləri barədə ətraflı müzakirə aparılıb:

“Bu kontekstdə sərhəd təhlükəsizliyimizi ən yüksək səviyyədə qorumaq, qanunsuz miqrasiya ilə mübarizə üçün əlavə tədbirlər, böhran ssenariləri və fövqəladə hallar planları, qurumlararası koordinasiyanın gücləndirilməsi və yerli potensialın artırılması da daxil olmaqla əsas məsələlər müzakirə edilib”, – Türkiyə Daxili İşlər Nazirliyi “X”də məlumat yayıb.

Nazir, Türkiyənin sərhəd təhlükəsizliyi, ictimai asayiş və miqrasiyanın idarə olunması məsələlərində güzəştsiz mövqe tutduğunu vurğulayaraq, regional hadisələrin real vaxt rejimində izlənildiyini və bütün bölmələrin yüksək hazırlıq vəziyyətində olduğunu və vəzifələrini yerinə yetirməyə davam etdiyini əlavə edib.

Görüşdə həmçinin, əsas güc strukturlarının rəhbərliyi də iştirak edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05