Türkiyə şirkəti Azərbaycan Ordusu üçün məhsullar istehsal edəcək

media-hightechnic-468x90

İzmirdə fəaliyyət göstərən “Akıncılar Taktik Tekstil” şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu arasında investisiya və əməkdaşlıq müqaviləsi imzalanıb.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, imzalanmış protokol çərçivəsində Azərbaycanda müştərək istehsal müəssisəsi və sınaq laboratoriyası yaradılacaq.

Yerli və milli imkanlarla İzmirdə ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri istehsal edən şirkət, Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.

Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq gülləkeçirməyən hərbi avadanlıq istehsal olunacaq./apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600