!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə terrorun KÖKÜNÜ KƏSİR: “Bu, Ərdoğanın ən mühüm qələbələrindən biri kimi dəyərləndirilə bilər”

!Reklam – Yazi

“Abdullah Öcalanın əmri yerinə yetsə, bu, Türkiyə siyasətində Rəcəb Tayyib Ərdoğanın ən mühüm qələbələrindən biri kimi dəyərləndirilə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanın “silahı yerə qoymaq” çağırışını şərh edib.

A. Nağıyev düşünür ki, PKK silahı yerə qoyarsa, onlara diktə edən digər dövlətlərin bir daha onlardan istifadə etməsi qeyri-mümkün görünər:

“Belə bir terror təşkilatının silahı yerə qoyması çox mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Abdullah Öcalanın bu gün terror təşkilatına nə qədər təsiri ola bilər? O nüfuzdan çox şey asılıdır. Məlumdur ki, bu proses məhz Suriyada Türkiyənin apardığı siyasət nəticəsində həyata keçə bilərdi. Düşünürəm ki, burada Türkiyənin çox ciddi bir siyasəti oldu. Bu gün həmin silahlı terror dəstəsinin silahı yerə qoyması özü çox vacib məsələdir”.

Millət vəkili həmçinin qeyd edir ki, Türkiyəyə qarşı məkrli siyasət aparmaq üçün ən çox PKK-dan istifadə edilirdi:

“PKK-nın hansı dövlətin xüsusi xidmət orqanları ilə əlaqəsi varsa, onların sonradan diktəsi ilə yenidən silah götürə bilərlərmi? Bu proseslər çətin və ağır prosesdir. Əlbəttə ki, Öcalanın əmri yerinə yetsə, bu, müsbət bir hal kimi Türkiyə siyasətində cənab Ərdoğanın ən mühüm qələbələrindən biri kimi dəyərləndirilə bilər”.

Yenicag.az

www.yenicag.az

181
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv