Türkiyə və Özbəkistan prezidentləri Azərbaycana səfər edəcəklər

media-hightechnic-468x90

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə məlumat verilib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05