Türkiyə XİN başçısının müavini Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNDİ

media-hightechnic-468x90

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Diplomat həmçinin “Əbədi məşəl” abidəsi önünə əkil qoyub.

Yasin Ekrem Serim “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

***

09:54

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Yenicag.az xəbər verir ki, o, Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600