Türkiyənin Xarici İşlər Nazirliyi FETÖ məsələsi ilə əlaqədar ABŞ-a xəbərdarlıq edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin geri qaytarılması məsələsində ABŞ-ın qeyri-səmimi davrandığını düşünür. XİN-dən verilən açıqlamada heyətlərin iştirakı ilə Ankarada baş tutan iclasın nəticələri barədə məlumat verilib. Rəsmi Ankara ABŞ-ı bəhanələr gətirərək vaxtı uzatmamağa çağırıb.
Qeyd olunub ki, ABŞ Gülənin geri qaytarılması məsələsinə qeyri-ciddi yanaşdığı üçün tərəflər arasında etibar azalır və münasibətlərin təməlində dayanan qarşılıqlı inam sarsılır.
Açıqlamada həmçinin bildirilib ki, Türkiyə Suriyanın cənub-qərbində baş verən hadisələrin İdlibdə təkrar edilməsini istəmir. Buna görə də, strateji tərəfdaş olan ABŞ-ın müvafiq addımlar atmasını gözləyir.
www.yenicag.az