!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə XİN-dən Ermənistanın Naxçıvana raket zərbəsi endirməsinə MÜNASİBƏT: "Sərt şəkildə qınayırıq"

!Reklam – Yazi

“Ermənistan işğal etdiyi torpaqlarda aldığı məğlubiyyətə görə hər gün daha da azğınlaşır”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna atılan raket hücumunu sərt şəkildə qınayırıq. Ermənistan silahlı qüvvələri birbaşa olaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşları atəşə tutmaqda davam edir. Bu açıq-aşkar müharibə cinayətidir. Bölgədə sülhün təmin edilməsi üçün Ermənistan bu əməllərindən əl çəkməlidir. Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. Bu qardaşlıq bizim üçün vazkeçilməzdir. Haqlı davasında bundan sonra da Azərbaycanın yanında olacağıq”, – deyə, məlumatda qeyd edilib.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv