Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olundu

media-hightechnic-468x90

Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.

Yenicag.az xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdəmir də daxil olmaqla onlarla şəxs çıxarılıb.

Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.

Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür faciələrin qarşısını almaq məqsədilə təkliflər hazırlamaq üçün xüsusi komissiya yaradılıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600