Türkiyədə atışma - YARALILAR VAR

media-hightechnic-468x90

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. “Habertürk” saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05