Türkiyədə bu axşam heç bir serial yayımlanmayacaq

media-hightechnic-468x90

Türkiyənin heç bir televiziya kanalında bu axşam serial yayımlanmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Birsən Altundaş məlumat yayıb.

O bildirib ki, Boluda 66 nəfərin ölümü ilə nəticələnən yanğından sonra televiziya kanalları axşamkı yayım axışında dəyişiklik edib.

Yerli serialların yeni bölümlərinin yayımlanmayacağını bildirən jurnalist qeyd edib ki, bəzi şirkətlər sponsorluqlarını geri çəkib.

O, serialların təkrar bölümlərinin yayımlanacağını vurğulayıb.

Qeyd edək ki, Boludakı xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində 66 nəfərin ölümü ilə əlaqədar qardaş ölkədə yanvarın 22-si matəm elan olunub.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600