Türkiyədə daha 241 hərbçi həbs edildi

2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640Ankara Prokurorluğu tərəfindən aparılan istintaq əməliyyatına şübhəli şəxs kimi cəlb olunmuş 243 əsgərdən 241-i həbs edilib.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, həbs olunanlar Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinirlər.

Ankara Məhkəməsinə gətirilmiş hərbçilərin istintaqı başa çatıb. Onlardan 241 nəfəri həbs olunub, 2-si isə nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb.