Türkiyədə daha 259 nəfər vəfat etdi

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 314 min 46 test aparılıb, 22 min 923 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 259 nəfər koronavirusdan vəfat edib, 30 min 144 nəfər müalicə olunaraq sağalıb.