Türkiyədə dəhşətli qəza: ölənlər var

Türkiyədə ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Qaziantep-Nizip yolunda mikroavtobus və yük maşını toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.