Türkiyədə deputatın xanımı intihara cəhd edib

media-hightechnic-468x90

Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaklı intihara cəhd edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, H. Sancaqlı tapançadan başına atəş açıb.

Vəziyyəti ağır olan H. Sancaqlı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən H. Sancaqlının vəziyyətinin ağır olduğu açıqlanıb.

S. Sancaqlı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə S. Sancaqlı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600