Türkiyədə ev sahibi olmaq istəyən bütün azərbaycanlı dostlarımızı “PAŞA Bank Türkiyə” ilə görüşə dəvət edirik.
Yenicag.az xəbər verir ki, bu barədə “PAŞA Bank Türkiyə”nin baş direktorunun müavini Ayşe Hale Yıldırım bildirib.
“Həm yaşayış, həm də investisiya məqsədi ilə mənzil almaq istəyən Azərbaycan vətəndaşları öz yerli valyutaları ilə Bankımızdan ipoteka kreditindən istifadə etməkdə üstünlük əldə edəcək və Türkiyədə kredit ballarına sahib olacaqlar. Bu məqsədlə mayın 3-də Türkiyədə həyata keçirilən layihələr haqqında məlumat vermək və ipoteka məhsulumuzu tanıtmaq üçün Bakıda tədbir keçirəcəyik”, – A.H.Yıldırım deyib.
Baş direktorun müavini qeyd edib ki, görüşə gələnlər bankın fəaliyyəti ilə daha yaxından tanış ola biləcəklər:
“İş ortağımız Incity Investments & T&A Projects” ilə birlikdə təşkil etdiyimiz bu tədbirdə iştirakçılarımız Türkiyədəki layihələr və daşınmaz əmlak bazarı haqqında məlumat əldə etməklə yanaşı, “PAŞA Bank Türkiyə” ilə tanış olmaq, şirkət haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar. Görüş iştirakçıları məhsullarımızla tanış olmaqla yanaşı, müştərimiz olmaq imkanı əldə edəcəklər. O axşam bizimlə maraqlanan hər kəsi orada görməkdən çox məmnun olarıq”.
“PAŞA Bank Türkiyə” ilə bağlı məlumat verən Ayşe Hale Yıldırım bildirib ki, 1987-ci ildə yaradılmış “PAŞA Bank Türkiyə” ölkənin ilk xarici kapitallı investisiya bankıdır. “PAŞA Bank Türkiyə” olaraq əsas hədəfimiz Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağında ticarət etmək və investisiya etmək istəyən və cari iş həcmini artırmağı hədəfləyən şirkətlər üçün “maliyyə körpüsü” rolunu üzərinə götürərək “Bölgədə ilk ağla gələn Bank” olmaqdır”, – deyə o qeyd edib.
Ayşe Hale Yıldırımın sözlərinə görə, bu bank Türkiyə və Azərbaycanın iki qardaş ölkə rolu ilə, “Qardaş ölkədə qonaq deyil, ev sahibi ol” devizi ilə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarına, “PAŞA Qrup” əməkdaşlarına və Türkiyədə məskunlaşan Azərbaycan vətəndaşlarına mənzil krediti verməyə başlayıb:
“Regionda ilk ağla gələn bank olmaq missiyamızla həyata keçirdiyimiz ipoteka məhsulumuzdan Türkiyədə yaşayan Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları və “PAŞA Qrup”un bütün əməkdaşları istifadə edə bilər. Türkiyədə 10 ilə qədər müddətlə, AZN/USD/EUR valyutalarında, sərfəli faizlə ev sahibi olmaq istəyən bütün azərbaycanlı qardaş və dostlarımızı “PAŞA Bank” Türkiyə ilə görüşə dəvət edirik.
Həm yaşayış, həm də investisiya məqsədi ilə mənzil almaq istəyən Azərbaycan vətəndaşları öz yerli valyutaları ilə Bankımızdan ipoteka kreditindən istifadə etməkdə üstünlük əldə edəcək və Türkiyədə kredit ballarına sahib olacaqlar. Bu məqsədlə mayın 3-də Türkiyədə həyata keçirilən layihələr haqqında məlumat vermək və ipoteka məhsulumuzu tanıtmaq üçün Bakıda tədbir keçiririk”.
Bakıda keçiriləcək tədbirin məqsədi barədə danışan Ayşe Hale Yıldırım bunları deyib:
“Biz ipoteka məhsulumuzu ötən ilin sentyabrında “PAŞA Qrup” əməkdaşları ilə birlikdə satışa çıxardıq. İndi isə qardaş ölkəmiz Türkiyədə ev sahibi olmaq istəyən hər kəsi mayın 3-də keçirəcəyimiz tədbirə gözləyirik.
İş ortağımız “Incity Investments & T&A Projects” ilə birlikdə təşkil etdiyimiz bu tədbirdə iştirakçılarımız Türkiyədəki layihələr və daşınmaz əmlak bazarında da “PAŞA Bank Türkiyə” ilə tanış olmaq, məhsullarımız haqqında ətraflı məlumat almaq və bankımızın müştərisi olmaq imkanı əldə edəcəklər”.
www.yenicag.az