Konyada 23 yaşlı azərbaycanlı gənc intihara cəhd edib.
23 yaşlı Tehran.A 42 mərtəbəli plazanın ən hündür mərtəbəsində yerləşən restoranından özünü atıb. Bu zaman o, alış-veriş mərkəzinin damına düşüb.
Nəticədə gənc ağır yaralanıb.
Qeyd edək ki, hadisə dünən 13:30 radələrində bölgənin ən hündür binasında baş verib. Xilasetmə qrupları, damın üzərinə düşən və hərəkət etməkdə çətinlik çəkən gənci qurtarmaq üçün tavanı qırıb.
Polis, üzərindən heç bir kimliyini müəyyən edən vəsiqə çıxmayan gəncin şəxsiyyətini müəyyənləşdirmək üçün mobil telefonundan yaxınları və dostlarına zəng edib. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Tehran A. ‘nın həyati təhlükəsinin olduğu bildirilib.
Polis hadisə ilə bağlı istintaqı davam etdirir.