Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.
Yenicag.az xəbər verir ki, ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.
Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.
Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.
Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər./Report/
www.yenicag.az