!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə koronavirusdan 3-cü ölüm – Bu dəfə general

!Reklam – Yazi

Türkiyədə yeni növ koronavirusdan 3-cü ölüm faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Türkiyə Böyük Millət Məclisinə xitab edən nazir Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Aytac Yalmanın koronavirusdan vəfat etdiyini bildirib.

“Paşamız 4 gün əvvəl xəstəxanaya yatırılıb və analiz nəticələri mənfi çıxıb. Ancaq simptomlar koronavirusu göstərdiyi üçün yaxın ətrafından da analiz götürülüb. Dünən həyat yoldaşı da daxil olmaqla bir neçə yaxınında virus aşkarlanıb. Bu virusu yeni-yeni tanıyırıq və analiz nəticələrinin əvvəl mənfi, daha sonra müsbət çıxdığını və bunun əksini də görmüşük. Nəticə etibarilə Aytac Yaman koronavirusdan vəfat edən 3-cü şəxs oldu” – deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyədə 191 nəfər aktiv koronavirus xəstəsi var.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv