Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR

Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 220 nəfər ölüb.

Yenicag.az  xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata əsasən son sutkada test edilən 206 202 nəfərdən 5918 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 30 424 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı 5943 olub.

Türkiyədə indiyədək 564 435 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 751 nəfəri ölüb.

Qeyd edək ki, bu gün ilk dəfə COVID-19 simptomları müəyyən edilməyən xəstələrlə birikdə ümumilikdə 1 748 567 nəfər koronavirus xəstə sayı açıqlanıb.

www.yenicag.az

184