HƏMAS lideri İsmayıl Həniyənin ölümü ilə bağlı Türkiyədə bir günlük milli matəm elan edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərarı sosial media hesabından paylaşan Ərdoğan bunu “fələstinli qardaşlarımızla həmrəy olduğumuzu” göstərmək məqsədilə imza atdığını bildirərək Fələstin xalqına başsağlığı verib.
www.yenicag.az