!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə sel qurbanlarının sayı 17-yə çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bunu özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: “Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm”.

Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.

***

Türkiyədə uzun müddət davam edən genişmiqyaslı yanğınlardan sonra daşqınlar başlayıb

Yenicag.az xəbər verir ki, artıq aidiyyəti dövlət qurumları təbii fəlakətin ölkədə ciddi fəsadlar törətməsi barədə müxtəlif məlumatlar yayırlar. Hazırda Qara dəniz sahilində yerləşən Kastamonu əyalətində yaranan sel nəticəsində ölənlərin sayının 9 nəfərə çatıb.

Qeyd edək ki, bu gün yerli media ilkin məlumat olaraq 5 nəfərin öldüyü və 13 nəfərin xəsarət alması barədə məlumat yaymışdı.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv