Türkiyədə silah daşıyan maşın yandı: Dəhşətli partlayış

media-hightechnic-468x90

Türkiyənin Konya şəhərində silah daşıyan maşında çıxan yanğın partlayışla nəticələnib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya şəhərindən keçən Akşehir-Afyonkarahisar magistral yolunun 16-cı kilometrində silah daşıyan hərbi konvoydakı maşınlardan birində yanğın baş verib.

Dəhşətli partlayışla müşahidə olunan yanğın səbəbilə magistral yol hərəkətə qapadılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hərbi silah-sursat partlayışın gücündən ətrafa saçılıb.

Yanğının səbəbi hələ müəyyənləşdirilməyib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa