!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə təhsil alanların DİQQƏTİNƏ: Ali məktəblərdə dərslər bu şəkildə keçiriləcək - AÇIQLAMA

!Reklam – Yazi

Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra ölkənin ali məktəblərində dərslər təxirə salınmışdı.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, ölkənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar son alınan qərarlarla bağlı mətbuata açıqlama ilə çıxış edib.

Zəlzələ baş verən bölgələrdə təqribən 627 min tələbənin olduğunu bildirən Özvar bu səbəbdən ölkənin ali təhsil müəssisələrində dərslərin 20 fevral tarixindən etibarən onlayn şəkildə başlayacağını qeyd edib.

YÖK sədri əlavə edib ki, aprel ayında qərar yenidən dəyərləndiriləcək və ali məktəblərdə hibrid təhsil formasına keçirilməsi müzakirə ediləcək.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv