"Türkiyədə Təhsil İmkanları” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

EDDE Global şirkətinin təşkilatçılığı ilə “Türkiyədə Təhsil İmkanları” mövzusunda növbəti maarifləndirici tədbir uğurla həyata keçirilib. Tədbirin əsas məqsədi Türkiyədə ali təhsil almaq istəyən tələbə və valideynləri düzgün məlumatlandırmaq, onların qərarvermə prosesində dəstək olmaq və beynəlxalq təhsil imkanlarını daha əlçatan etmək olub.

Tədbirdə Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan İstinye Universiteti iştirak edib. Universitetin Beynəlxalq Əlaqələr Ofisinin müdiri İsmail Çiftçi çıxışı zamanı İstinye Universitetinin təqdim etdiyi ixtisaslar, qəbul qaydaları, tədris mühiti və ümumilikdə Türkiyədə təhsil imkanları barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

EDDE Global şirkətinin direktoru Miryusif Cavadzadə qeyd edib ki, tələbələri dolğun məlumatla təmin etmək və onları maarifləndirmək şirkətin əsas məqsədləri arasındadır. Onun sözlərinə görə, bu cür tədbirlər vasitəsilə tələbə və valideynlər universitetlər haqqında ətraflı məlumat əldə edir, eyni zamanda ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı qazanırlar.

EDDE Globalın nümayəndəsi Leyla Əsədova isə əlavə edib ki, şirkət bu tip maarifləndirici tədbirləri ötən ildən etibarən hər ay mütəmadi olaraq təşkil edir. Onun sözlərinə görə, İstinye Universiteti bugünkü tədbirdə qonaq qismində iştirak edib və tələbələr üçün endirimli, xüsusi təhsil imkanları təqdim olunub. Bu cür əməkdaşlıqlar tələbələrə daha sərfəli və əlçatan təhsil fürsətləri yaradır.

Tədbir çərçivəsində həmçinin Türkiyədə təqaüdlü təhsil, Dövlət Proqramı, Türkiye Bursları, qəbul üçün tələb olunan sənədlər və digər vacib mövzular ətrafında geniş məlumat verilib.

Qeyd edək ki, EDDE Global gələcəkdə də beynəlxalq təhsil imkanlarını əhatə edən maarifləndirici tədbirlərlə tələbə və valideynləri dəstəkləməyə davam edəcək

Yenicag.az

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa