Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, – Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
*** 21:34
OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.
Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.
Sonradan məhz həmin yerdə partlayış baş verib.
*** 19:20
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya “Twitter” hesabında yazıb.
*** 18:34
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
Yenicag.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib./Report/
*** 17:47
Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
Yenicag.az xəbər verir ki, İstanbulun ən böyük küçələrindən olan İstiqlal küçəsində səbəbi bilinməyən partlayış səsi eşidilib.
Əraziyə çoxlu sayda polis göndərilib. İlkin məlumata görə, 10 yaralı var.
www.yenicag.az