Türkiyədə yaşayan azərbaycanlı qadın imdad diləyir

media-hightechnic-468x90

img1796433Türkiyədə yaşayan azərbaycanlı qadın yardıma möhtacdır və imdad diləyir. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Tutu adlı qadın uzun illərdir ər şiddətinə məruz qalır.

Tutu Ş. adlı qadın ərinin onu evdən çölə belə buraxmadığını deyib. O, yerli kanallardan birinə telefon vasitəsilə qoşulub və başına gələnləri danışıb.

“İllərdir ərimin pis davranışına məruz qalıram. Sadəcə mənə qarşı yox, uşaqlarım və bacıma qarşı da münasibəti eynidir”.

Qadının sözlərinə görə, polisə müraciət etsə də əri 6 aylıq uzaqlaşma cəzası alıb. Amma o buna əməl etməyib və ailəsini döyməyə davam edib.

Türk vətəndaşı ilə ailə quran və Balıkəsir şəhərində yaşayan qadın həyat yoldaşının 12 yaşlı əlil övladı üçün dövlətin verdiyi müavinəti belə əlindən aldığıı bildirib. “Hər hansı bir gəlirimiz yoxdur. Pulsuzluqdan uşaqlarımı belə oxuda bilmirəm. Bir çox yerə müraciət etsəm də kömək edən olmayıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600