!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yenidən 6,4 bal gücündə zəlzələ oldu: Ölənlər var - Yeniləndi

!Reklam – Yazi

Hatayda bu axşam baş verən 6.4 ballıq zəlzələ nəticəsində azı bir nəfər ölüb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Bizə Samandağ və Dəfnədə dağıntılar olduğu barədə məlumat verilib. Samandağda başına daşın düşməsi nəticəsində bir qadın həyatını itirib. Dəfnə rayonunda dağıntılar altında dörd nəfər qalıb. Onlardan biri çıxarılıb, digərlərinin xilasedilməsi üzrə işlər davam edir”, – deyə nazir bildirib.

***

Türkiyənin Hatay şəhərinin Dəfnə rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv