Türkiyədə zəlzələ oldu

media-hightechnic-468x90

Türkiyədə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa