PKK-nı Suriyadan silən “GİZLİ GÜC”: Cihad İsa əş-Şeyx kimdir?

media-hightechnic-468x90

Suriyada son dövrlər baş verən hərbi proseslər fonunda diqqətlər Dəməşqə yönəlsə də, sahədə real güc balansını dəyişən “kölgə liderlər” ortaya çıxır. Onlardan ən təhlükəlisi və effektiv olanı isə PKK/YPG-nin kabusuna çevrilən Cihad İsa əş-Şeyxdir.

Yenicag.az-ın analitik yazısında qeyd olunur ki, Əhməd Şaraanın müşaviri olan bu şəxs, Suriyanın şimalında terror qruplaşmalarına qarşı aparılan strateji əməliyyatların əsas beynidir.

Terrorun hərbi və lojistik sütunlarını çökdürən adam

Cihad İsa əş-Şeyx uzun müddətdir Suriyanın şimal və şimal-şərq bölgələrində səssiz, lakin dərindən fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi xüsusi qruplar PKK/YPG-nin hərbi və lojistik strukturlarına qarşı nöqtə hücumları təşkil edərək, terrorçuların yaşayış məntəqələrindəki təsirini tamamilə zəiflədib.

Ərəb qəbilələrinin dəstəyi və kəşfiyyat üstünlüyü

Mənbələr bildirir ki, əş-Şeyxin ən böyük silahı bölgədəki yerli ərəb qəbilələri ilə qurduğu sarsılmaz əlaqələrdir. Bu amil ona həm kəşfiyyat, həm də insan resursları baxımından PKK qarşısında mütləq üstünlük qazandırıb. O, yalnız silahla deyil, həm də yerli əhalini terrora qarşı birləşdirən təsir mexanizmləri ilə hərəkət edir.

Beynəlxalq mediadan gizlənən real təsir

Cihad İsa əş-Şeyxin adı diplomatik masalarda tez-tez hallanmasa da, sahədə onun qərarları konkret nəticələr verir. Analitiklər hesab edirlər ki, Suriyanın gələcək taleyi paytaxtlardakı danışıqlardan çox, bu cür sahə komandirlərinin hərbi gücü ilə müəyyən olunacaq. Türkiyə mətbuatı da PKK/YPG-nin geri çəkilmə məcburiyyətində qalmasında məhz bu tip yerli liderlərin rolunun artdığını xüsusi vurğulayır.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa