Türkiyədən Naxçıvana birbaşa hava dəhlizi açılacaq

media-hightechnic-468x90

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin “Twitter” hesabından paylaşıb.

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

“Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

Hava dəhlizinin bu il avqustun 15-də açılacağı planlaşırılır.

“Beləliklə, hələ də İran və ya Ermənistan üzərindən həyata keçirilən uçuşlar Türkiyə və Azərbaycan arasında birbaşa olaraq gerşəkləşdiriləcək”, deyə H.Kəskin qeyd edib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa