Türkiyəli millət vəkili: “Bu qanlı günləri tarix unutmayacaq”

media-hightechnic-468x90

fidan14Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, TBMM-nin Səhiyyə, ailə, əmək və sosial işlər komissiyasının sədri Necdət Ünüvar 31 mart soyqırımının növbəti ildönümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart günü “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Azərbaycan xalqının tarixdə dəfələrlə soyqırımına məruz qalmasına və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq, bir çox ölkə bu soyqırımlara səssiz qalıb. 31 Mart gününü hər azərbaycanlı və bütün türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızı amansızlıqla qətlə yetirdiyi illəri ifadə edən və unudulmaması gərəkən bir gündür. Hər il 24 apreldə qondarma soyqırımı iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar öz tarixlərində azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Amma edilənləri özləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaq. Soyqırımı qurbanlarının anım günündə soyqırımı səbəbi ilə şəhid olan azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600