Türkiyəli müğənni avtomobil qəzasına düşdü - Fotolar

media-hightechnic-468x90

Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu avtomobil qəzası keçirib.

İfaçının sürücüsü İsmail Serkan 34 ZG 1593 dövlət seriyalı avtomobili ilə Ankara istiqamətində hərəkət edərkən qəza törədib.

Qəza zamanı maşında müğənnidən başqa, Hande Kızıl və Büşra Sarıkaya da olub. Sürücü qəzadan heç bir zədə almadan xilas olsa da, digər üç nəfər ağır yaralanıb.

Sıla təcili yardım maşını ilə Düzce Atatürk dövlət xəstəxanasına, Hande və Büşra isə Hendek dövlət xəstəxanasına yerləşdiriliblər.

Həkimlər ilkin yardımdan sonra müğənninin vəziyyətinin yaxşı olduğu bildiriblər.

Hazırda faktla bağlı araşdırmalar gedir.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600