!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazirdən “Lotu Quli” haqqında İLGİNC FAKTLAR - “Əgər mafiya liderləri məhv edilirsə...” - İlham İsmayıl

!Reklam – Yazi

“Çox mümkündür ki, Türkiyə tərəfi “Lotu Quli” məsələsində Azərbaycanla koordinasiyalı qaydada işləyib”.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən gün TRT Haber kanalına müsahibəsində azərbaycanlı kriminal avtoritet, ötən ilin avqustunda Antalyada qətlə yetirilən Nadir Səlifov (“Lotu Quli”) haqqında maraqlı detalları açıqlayıb.

“Lotu Quli”ni dünyanın 12 mafiyasından biri kimi dəyərləndirən Soylu onun Türkiyədə hansı şəraitdə həbs edilməsinə də aydınlıq gətirib:

“Dünyanın 12 mafiyasından birini Türkiyəyə gətirdilər. Dedilər ki, 2018-ci ildə Rusiya mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirildi, amma tapa bilmədik. Sonra bu işlə məşğul olduq, özüm şəxsən məşğul oldum.

Bu “lotu Quli” deyilən Nadir Səlifov adlı şəxs 20, ya 21 il Rusiya həbsxanada yatıb. “Lotu Quli” dünyanın 12 mafiyasından biridir. Bir çox adamlar gəldi-getdi ki, elə edək, belə edək. Onu yaxaladıq, içəri saldıq. Vəkilləri iki gün ərzində Türkiyədən çıxmamaq və deport mərkəzindən buraxılmaq haqqında qərar qəbul etdirdilər.

Hüquqşünaslar bağışlasın, hüquq qarşısında boynum bükük deyil. Onu deport mərkəzindən bir metr çölə çölə çıxarıb yenə içəri saldıq. Onu iki ay-iki ay yarım içəridə gözlətdik, danışdırdıq, sonra da ölkəsinə deport etdik. Daha sonra başqa ölkədən – Yunanıstandan pasport alıb Kiprə, Kiprdən də Türkiyəyə gəldi. Amma su səhəngi suda sındı – burada öz mühafizəçisi onu öldürdü”.

Süleyman Soylunun “Lotu Quli” haqqında açıqladığı təfərrüatları Yenicag.az-a dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayılın sözlərinə görə, Türkiyənin əmniyyət və xüsusi xidmət orqanlarının qətlə yetirilən “qanuni oğru” ilə bağlı özəl planlarının olmadığını söyləmək mümkündür:

“Türkiyədə həmişə bir “yeraltı dünya” olub və onun da biri məhz mafiyadır. Süleyman Soylu bildirir ki, Türkiyə mafiyadan təmizlənib. Amma deyim ki, Türkiyədə proseslərə ciddi təsir imkanlarına malik Sedat Peker kimi mafiya başçısı varsa, bu necə “təmizlik”dir? Nəzər alaq ki, bizim bununla bağlı bilmədiklərimiz də var.

Doğrudur, Türkiyənin hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar. Çünki o tip hakimiyyətlər meydanda özlərindən başqa gücün olmasını istəməzlər. İstəsələr də, nəzarətdə saxlamaları üçün onların həbsxanada olmasını istəyə bilərlər. Yeri gələndə də onlarla işbirliyinə gedirlər.

Qeyd edim ki, istər keçmiş SSRİ-də, istərsə də indiki Türkiyədə dövlət naminə mafiya liderləri ilə əməkdaşlıq ediblər. Xatırladım ki, zamanında ASALA-ya qarşı mübarizədə Abdullah Çatlıdan maksimum istifadə etdilər. Bununla belə, əgər mafiya liderləri məhv edilirsə, bu o deməkdir ki, onlar dövlətlə əməkdaşlığa getmirlər, ona görə də aradan götürülürlər.

Digər tərəfdən, “Lotu Quli” onlar üçün xüsusi bir vəzifə yetirəsi, faydalı olası, onlarla işbirliyinə gedəsi şəxsiyyət deyildi. Nazirin “Lotu Quli” dünyanın 12 mafiozundan biri adlandırmasına gəldikdə, həqiqətən də, onun keçmiş SSRİ-də, Türkiyədə və ola bilsin, başqa ölkələrdə də ciddi nüfuzu vardı.

“Lotu Quli”nin Türkiyədə məhkəmə qərarı ilə həbsdən azad edilməsi, lakin Türkiyə daxili işləri nazirinin iradəsi ilə yenidən içəri salınması o deməkdir ki, həmin mafiya lideri ilə bağlı xüsusi planları olmayıb. Çox mümkündür ki, Türkiyə tərəfi bu məsələdə Azərbaycanla koordinasiyalı qaydada işləyib”.

Aqil Bəkir

COP29

www.yenicag.az

6734
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv