Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli şəhid uşaqları yanvar şəhidlərinin anım günündə - FOTOLAR

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Bakı şəhər Nəsimi rayon icra hakimiyyətinin ortaq layihəsi çərçivəsində bir qrup türkiyəli şəhid və veteran ailərindən olan uşaqlar Azərbaycanada səfərdədirlər.

Yenicag.az xəbər verir ki, bu gün Nəsimi rayon icra hakimiyətində 20 yanvar faciəsinə həsr edilmiş “20 yanvar qan yaddaşımız” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə 20 yanvar faciəsinin tarixindən bəhs edilib, həmin günün önəmi barədə geniş çıxışlar olub. Daha sonra isə şeirlər və musiqilər səsləndirlib.

Tədbirdə iştirak edən Nəsimi rayon icra hakimiyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq 20 yanvar faciəsinin tarixi və xalqımızın həyatında oynadığı önəmdən bəhs edib.

O, türkiyəli şəhid ailələrinin uşaqlarının Azərbaycana gəlişini əlamətdar hal kimi dəyərləndirib.

“Şəhidlərin övladları baş tacımızdır. Türkiyəli şəhid ailələrinin Azərbaycana gəlişi bizim üçün qürurverici haldır. Bu əlaqələri genişləndirmək üçün əlimizdən nə gəlirsə edəcəyik” – deyə, Asif Əsgərov deyib.

Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovu rəhbərlik etdiyi Federasiyanın “Fəxri fərman”ını verib. Asif Əsgərov da Türkiyədən gələn qonaqların hər birini “Fəxri Fərman”la və qiymətli hədiyyələrlə təltif edib.

Nəsimi rayon icra hakimiyyətindəki tədbirdən sonra türkiyəli qonaqlar Respublika Memorial Soyqırım Muzeyində olublar. Onlar muzeydəki eksponatlarla tanış olublar. Daha sonra isə Xocalı soyqırımı ilə bağlı sənədli film izləyiblər.

Qeyd edək ki, Türkiyədən ölkəmizə gələn şəhid övladlarının səfəri yanvar ayının 23-nə qədər davam edəcək.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

1209
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100