Türkiyəli sənətçi Qarabağ mövzusunda film çəkəcək

media-hightechnic-468x90

eeTürkiyəli müğənni Əhməd Şəfəq Azərbaycanda film çəkəcək.

Sənətçi bu barədə  məlumat verib: “Filmə artıq hazırıq. Avqustun sonunda ilk səhnələri çəkməyə başlayacağıq. Sentyabrın əvvəlində çəkilişləri bitirməyi planlaşdırırıq. Rejissorlar Türkiyədən gələcək. Bundan başqa 3 aktyor türk olacaq. Digər heyət üzvləri Azərbaycandan seçiləcək. Filmi Türkiyənin kino texnikasına uyğun çəkəcəyik. İnanıram ki, çox gözəl alınacaq”.

Sənətçi bildirib ki, film 1992-ci ildə real həyatda yaşanan hekayədən bəhs edir:

“1990-cı illərin əvvəlindən bu günə qədər olan dövrü əhatə edəcək. Parçalanan ailə bütövləşəcək. Hər şey Türkiyədən gələn insanın Bakıya gəlişi ilə başlayacaq. O insanın öz problemləri var. Həm qızın, həm oğlanın iç dünyası açılacaq. Bu, həm eşq hekayəsidir, həm də Qarabağla çox ciddi əlaqəsi olacaq”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600