Türkiyəni kənar saxlamaq uğursuz addımdır - İSRAİLƏ XƏBƏRDARLIQ

media-hightechnic-468x90

“Türkiyənin bölgədəki təsiri və dialoq imkanları nəzərə alındıqda, onun prosesdən kənarlaşdırılması həm ədalətsiz, həm də praktiki baxımdan uğursuz bir addımdır”.

media-311331

Bunu Yenicag.az-a açıqlamaaında Türkiyəli siyasi şəhrçi Fatih Fuat Tuncer deyib.

O, ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrinin Azərbaycan, İndoneziya və Pakistan hərbçilərindən ibarət olacağı barədə bəyanatına münasibət bildirib, həmçinin Türkiyənin proseslərə yanaşmasını şərh edib.

Siyasi şərhçi bildirib ki, Türkiyə, Qəzza Zolağında davamlı sülhün və humanitar sabitliyin təmin edilməsi məqsədilə atılan beynəlxalq təşəbbüsləri yaxından izləyir:

“Türkiyə, əvvəldən Fələstin xalqının hüquqlarını müdafiə edən və bölgədə sülhün bərqərar olunması üçün fəal rol oynayan əsas aktorlardan biridir. Ankara, ABŞ tərəfindən təklif olunan Beynəlxalq Sabitlik Qüvvəsində iştirak etməyə və bölgəyə hərbi qüvvə göndərməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

Lakin İsrailin son addımları, bu prosesdə səmimi niyyət daşımadığına dair suallar doğurur. İsrailin Türkiyəni missiyadan kənar saxlamağa çalışması, beynəlxalq əməkdaşlıq prinsiplərinə ziddir və sülh təşəbbüsünü siyasi maraqlarına uyğunlaşdırmaq niyyətini göstərir. Türkiyənin bölgədəki təsiri və dialoq imkanları nəzərə alındıqda, onun prosesdən kənarlaşdırılması həm ədalətsiz, həm də praktiki baxımdan uğursuz bir addımdır”.

O qeyd edib ki, Türkiyə Qəzzada təhlükəsizlik, humanitar yardım və atəşkəsin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməyə tam hazırdır:

“İsrailin bu istiqamətdə dar və birtərəfli mövqeyi, bölgədə real sülh və sabitliyin bərqərar olmasına mane olur. Ankara beynəlxalq ictimaiyyəti ədalətli və inklüziv yanaşmaya çağırır, İsraili isə Türkiyəni prosesdən kənarda saxlamaq kimi səhv mövqedən geri dönməyə dəvət edir”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa