Türkiyəni tərk edən suriyalıların sayı 40 minə çatdı

media-hightechnic-468x90

Türkiyənin 11 vilayəti və Suriyanın şimalında böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra ölkələrinə qayıdan suriyalıların sayının 40 minə çatdığı bildirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Reuters” xəbər agentliyi məlumat yayıb.

Agentliyə danışan Suriya müxalifətinin nümayəndəsi Mazen Aluş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələri tərk edərək Suriyada müxaliflərin nəzarətində olan bölgələrə qayıdanların sayının 40 minə çatdığını açıqlayıb.

Aluş, Bab əl Havada 13 min 500, Cerablusda 10 min, Bab əl Selam və Tel Abyadda hər birində 7 min suriyalının Türkiyədən ölkələrinə keçdiyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600