Türkiyənin ATAK helikopteri Bakıda keçiriləcək sərgiyə gətiriləcək

media-hightechnic-468x90

kkjkjkjAzərbaycan Türkiyənin “Anka” pilotsuz uçuş aparatı ilə yaxından maraqlanır. Bu barədə  TİA şirkətinin müşahidə şurasının sədri Yalçın Kaya məlumat verib. Y. Kaya bildirib ki, bir neçə ay əvvəl Bakıya səfər edən TAİ nümayəndələri Azərbaycan Silahlı Qüvvələri üçün bu aparatın təqdimatını keçiriblər. Hazırda Azərbaycan tərəfi ilə görüşlər davam etdirilir: “Biz Azərbaycan daxil olmaqla, bir sıra ölkələrdən təkliflər gözləyirik”.

Şirkət rəhbəri “Anka”nın üzərində aparılmış təkmilləşdirmə işləri nəticəsində aparatın havada qalma müddətinin 24 saata, uçuş tavanının isə 30000 futa (təxminən 9100 metr) çatdırıldığını açıqlayıb.

Y. Kaya T-129 ATAK helikopterinə Azərbaycan, Pakistan, Türkmənistan, Liviya kimi ölkələrin maraq göstərdiyini də söyləyib: “Düşünürük ki, bu helikopter Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daxil olduqdan sonra bu ölkələrlə alğı-satqı üçün aktiv danışıqlara başlanacaq”.

Y. Kaya ATAK helikopterinin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində əyani şəkildə nümayişinin gözlənildiyini vurğulayıb.

APA-nın TAİ nümayəndələrindən əldə etdiyi məlumata görə, artıq Azərbaycan tərəfi helikopter üçün qiymət təkliflərini Türkiyədən alıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600