Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyənin müttəfiqləri Ərdoğanın müstəqil siyasətini həzm edə bilmirlər” - Ekspert

Reklam: Sinerji Pro

“Ərdoğanın Cənubi Amerikaya səfərinin əsas məqsədlərindən biri həmin region üzrə yeni müttəfiqlər tapmaqdır”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında bir neçə gün əvvəl Argentinada baş tutan G-20 Sammitinin nəticələrini dəyərləndirən politoloq, “Baku Network” Ekspertlər Şurasının sədri Elxan Ələsgərov deyib.

Elxan Ələsgərovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyillər:
“ABŞ Türkiyə ilə düşmənçiliyi davam etdirməsə də, Ankaraya yönəlik təzyiqləri azaltmayacaq. Çünki Türkiyənin qovşaq ölkə olması Vaşinqtonun planlarında mühüm yer tutur.

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da bilir və Latın Amerikası ölkələrinə səfərə çıxaraq, həm ABŞ-ın əleyhdarlarını öz tərəfinə çəkməyə, həm də müstəqil siyasət yürütdüyünü bütün dünyaya göstərməyə çalışır.

Eyni zamanda, Ərdoğanın bu səfərinin məqsədi Latın Amerikası ölkələrinin öz bazarlarını Türkiyə malları üçün açmalarıdır. Ona görə də, Ərdoğanın Karakasda çıxışı zamanı Simon Bolivardan sitat gətirməsi təsadüfi deyil. O, ABŞ-ın və digər dövlətlərin müstəmləkəçilik siyasətlərini tənqid edərək, Latın Amerikasında müttəfiqlər qazanmağa cəhd göstərir.

Düzdür, Ərdoğanın müstəqil siyasət yürütməsi Türkiyənin ABŞ və Avropa İttifaqı ölkələri ilə münasibətlərində gərginlik yaradıb. Lakin Avropa ölkələri Türkiyə ilə düşmənçilik aparmaqda maraqlı deyillər.

Türkiyə onların NATO üzrə müttəfiqidir və blok daxilində üzərinə götürdüyü öhdəliklərə riayət edir. Həmçinin, Suriya qaçqınlarının problemlərinin həlli də böyük mənada Türkiyədən asılıdır və Ərdoğan bu məsələdə verdiyi vədləri də yerinə yetirməkdədir”.

Qafqaz Ömərov

www.yenicag.az

2346
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100