Türkiyənin özəl xəstəxanalarında koronavirus xəstələrindən əlavə ödəniş alınmayacaq

media-hightechnic-468x90

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin müalicəsi “təcili hal” əhatəsinə daxil edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, səhiyyə sahəsində rəsmi qəbul edilmiş qərara əsasən, pandemiya xəstələrinin müayinə, diaqnoz və müalicə xidmətləri “təcili vəziyyət”ə daxil edilib. Yeni qərara görə, koronavirus infeksiyasına yoluxub özəl xəstəxanalarda müalicə olunan xəstələrdən əlavə ödəniş tələb edilməyəcək.

Tibbi bildirişdəki dəyişiklikdə, həmçinin göstərilib ki, koronavirus infeksiyalı xəstələrin dərmanları həmin xəstəxanalar tərəfindən təmin olunacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600