Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin strateji obyektində casus qalmaqalı: O qadın kimdir?

Reklam: High Technic

Türkiyənin ilk “Akkuyu” Atom-Elektrik Stansiyası (AES) layihəsini həyata keçirən Rusiya şirkəti təmsilçisinin casus olduğuna dair məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, Rusiyanın ən populyar nəşrlərindən olan “KP” casusluqda ittiham olunaraq həbs edilən, buna qədər dövlət enerji şirkəti “İnter RAO”da yüksək vəzifə tutan Karina Tsurkanla bağlı mühüm məqamlara işıq salıb.

“KP” Tsurkanın Türkiyənin ilk AES-i olacaq “Akkuyu” da 2017-ci ilə qədər rəhbər heyətdə qalmasına işarə edərək, Rusiyanın xüsusi xidmət orqanlarının bu məsələni diqqətə götürdüyünü yazıb.

“KP” Rusiya kəşfiyyatındakı mənbəyə istinadən bu barədə bəzi detalları yayımlayıb:

“Xüsusi xidmət orqanları Tsurkanın əsasən, “Akkuyu”dakı fəaliyyətinin araşdırır. Çünki Tsurkan 2017-ci ilə qədər “Akkuyu” AES-in rəhbərliyində təmil olunub və həmin AES-də həddindən artıq qəribə hadisələr baş verirdi. Hətta buna görə layihənin icrası bir müddət dayandırılmışdı.

Qəzet Moldova əsilli qadının Rusiya tərəfindən həyata keçirilən “Akkuyu” kimi mühüm layihəsində rəhbərliyə necə yüksəlməsinin xeyli müəmmalı olduğunu vurğulayaraq, diqqəti Tsurkanın “orada işə necə düzəlmisən?”ə yönəldib.

Mövzu barəsində “KP”-ya danışan xüsusi xidmət əməkdaşı isə Tsurkanın hələ tələbəlik illərində xarici kəşfiyyat orqanları tərəfindən ələ alındığını istisna etməyib.

Tsurkanın “İnter RAO”-nun rəsmi saytında yerləşdirilmiş tərcümeyi-halına görə, o, Moldovada universitet təhsili alıb. 2010-11-ci illərdə “İnter RAO”-da işə götürülərək, şirkətin Moldova, Ukrayna və Rumıniya ilə əlaqələrini kurasiya edib. 2017-ci ildə vəzifəsindən azad edilən Tsurkanın yerinə Türkiyəli Hasan Cüneyt Zapsu təyin olunub.

Loading...

www.yenicag.az

1799
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100