Türkiyənin turizm gəlirləri 53 faiz, xərcləri isə 2 dəfədən çox artdı

media-hightechnic-468x90

2022-ci ildə Türkiyə turizmdən 46 284,9 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 53,4 % çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin statistika qurumu məlumat yayıb.

Məlumata görə, illik gəlirin 34 477 milyon ABŞ dolları şəxsi xərcləmələrdən, 11 807,9 milyon ABŞ dolları isə tur-paketlərdən əldə olunub.

Bundan başqa, ötən il Türkiyə turizmə 4 276,5 milyon ABŞ dolları xərc çəkib ki, bu da əvvəlki ilə nisbətən 2,3 dəfə çoxdur. İllik xərcin 3 753,4 milyon ABŞ dollarını şəxsi xərcləmələr, 523,1 milyon ABŞ dollarını isə tur-paketlərin alınmasına çəkilən xərclər təşkil edib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600