Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olundu

media-hightechnic-468x90

Türkiyənin vitse-prezidenti Fuad Oktay yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvənd edilib.

Yenicag.az-ın məlumatına görə, vitse-prezidentə “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış “CpronaVac” peyvəndinin ilk dozası Ankara şəhər xəstəxanasında vurulub.

15 dəqiqədən sonra F.Oktay jurnalistlərə prosedurun ona heç bir narahatlıq və xoşagələməz hissləri yaşatmadığını deyib.

Vitse-prezident baş həkim Əziz Əhməd Sürelə və Ankara şəhər xəstəxanasının tibb işçilərinə təşəkkür etdi.

F.Oktay qeyd edib ki, Türkiyə peyvənd sistemi bütün dünya üçün nümunədir. Onun sözlərinə görə, Türkiyə koronavirusla mübarizədə böyük uğurlar göstərib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa